Xabi Alonso: "Ronaldo ilə dostluq etmirəm"

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xavi Alonso komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətləri haqda danışıb.
Qol.Az-ın məlumatına görə, ETB-yə açıqlama verən Alonso Ronaldo ilə yalnız komanda daxilində yoldaş olduğunu bildirib:
"Soyunub-geyinmə otağında hər kəs mənim yoldaşım deyil. Meydandan kənar isə demək olar ki, heç kəslə əlaqəm yoxdur. Ancaq Ronaldo ilə komanda daxilində dost kimiyəm. Meydandan kənarda isə onunla münasibət qurmuram. Bununla belə, Ronaldo komanda üçün önəmli futbolçudur. Onun hirsli və qərarlı olması bizə də müsbət təsir göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31