Azərbaycan Finlandiya və İsveçə qarşı

Mayın 22-dən 31-dək Latviyanın paytaxtı Riqada eşitməqüsurlu əlillərdən ibarət yığma komandalar arasında futzal üzrə beynəlxalq turnir təşkil olunacaq. Azerisport.az xəbər verir ki, turnirdə Latviya, Litva, Estoniya, İsveç, Finlandiya və Azərbaycan yığmaları iştirak edəcək.Artıq Azərbaycan millisinin turnirə hansı heyətlə yollanacağı da bəllidir. Belə ki, yığmamızın heyətinə aşağıdakı futbolçular daxil edilib:
Nəbi Nəbiyev
Səid Talıbzadə
Elnur Maqsudov
Həmid Abdullayev
Aqşin Cəfərov
Nail İsmayılov
Fuad Kişiyev
Etibar Zakurdayev
Yahya Qəndayev
İntiqam Hacıyev
İslam Əliyev
Anar Aslanov
Hüseynbala Talıbzadə
Babək Mirzəyev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31