Messi: "Ronaldo mənə rəqib deyil"
23 Noyabr 2012 11:59 İdman"Barselona" klubunun hücumçusu Lionel Messi yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "EA Sports"a danışan argentinalı futbolçu əzəli rəqibi Kriştiano Ronaldo ilə yarışmadığını bildirib:
"Mübarizəni sevən bir insanam. Vurduğum qollar bu günədək qazandıqlarımın haqqını vermək üçündür. Mən Ronaldo ilə yarışmıram. Yeganə məqsədim "Barselona" və Argentina millisi üçün əlimdən gələni etməkdir. Artıq istədiyim hər şeyə sahibəm. Çempionlar Liqasında hər şey mübarizədən keçir. Ora rəqibinə əsl meydan oxuma yeridir".
Qeyd edək ki, Messi sonda "Qızıl top" mükafatını özü ilə yanaşı, "Barselona"dan olan komanda yoldaşlarından birinin qazanmasını istədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31