Avro Liqa “Neftçi” serblərlə yenə heç-heçə elədi-FOTO

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir.  Apasport.azın  məlumatına görə, tarixində ilk dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu "Neftçi" Serbiya təmsilçisi "Partizan"la qarşılaşıb.Çətin Milan səfəri ərəfəsində 3-cü yer uğrunda mübarizənin taleyini öz xeyrinə həll etmək arzusunda olan bakılılar mütləq qələbə qazanmalı idi. Çünki qələbə həsrətində olan rəqiblərin görüşündə qalib gələn tərəf son turdan asılı olmayaraq, 3-cü yeri təmin edəcəkdi. Heç bir əhəmiyyəti olmayan, yalnız nüfuz məsələsi üçün zəruri olan bu 3-cülüyün taleyi son tura qaldı.Qeyd edək ki, hər 2 komanda qrupda əldə etdiyi yeganə xalı öz aralarındakı ilk oyunda qazanıb. Bu, Belqraddakı qolsuz heç-heçə sayəsində mümkün olub.

"Neftçi" - "Partizan" (Serbiya) - 1:1

QOLLAR: Flavinyo, 10 - Aleksandar Mitrovic, 67

QIRMIZI VƏRƏQƏ: Aleksandar Mitrovic, 76

Baş hakim: Simon Lee Evans

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 32. Elvin Yunuszadə, 28. Emin Mehtiyev, 6. Rəşad Sadiqov (k), 25. Cavid İmamverdiyev, 16. Bruno Bertuççi, 9. Flavinyo, 10. Culius Vobay, 11. Nikolas Kanales
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 14. Baxodir Nasimov, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 21. Kamil Nurəhmədov

Baş məşqçi: Böyükağa Hacıyev

Partizan: 30. Nikola Petroviç, 2. Aleksandar Milkoviç, 3. Vladimir Volkov, 15. İvan İvanov, 40. Miloş Ostoyiç, 7. Nemanya Tomiç, 22. Saşa İliç (k), 39. Miloş Yoyiç, 50. Lazar Markoviç, 99. Milan Smilyaniç, 12. Stefan Şçepoviç
Ehtiyat oyunçular: 33. Radişa İliç, 17. Sreten Sretenoviç, 18. Aleksandar Lazevski, 11. Nikola Ninkoviç, 21. Saşa Markoviç, 44. Marko Şçepoviç, 45. Aleksandar Mitroviç

Baş məşqçi: Vladimir Vermezoviç

"Rubin" (Rusiya) - "İnter" (İtaliya) - 3:0

QOLLAR: : Gökdəniz Karadəniz, 2; Rondon, 86; 90

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31