"Çelsi"nin baş məşqçisi qovuldu
Roberto Di Matteo tutduğu vəzifədən azad edilib
21 Noyabr 2012 19:18 İdmanİngiltərənin "Çelsi" klubunun italiyalı baş məşqçisi Roberto Di Matteo istefaya göndərilib. ANS PRESS-in məlumatına görə, buna səbəb London təmsilçisinin göstərdiyi uğursuz nəticələr olub. Klubun baş məşqçi vəzifələrini hansı mütəxəssisin icra edəcəyinə yaxında günlərdə aydınlıq gələcəyi bildirilir.
Xatırladaq ki, Roberto Di Matteo ötən il klubun baş məşqçisi Andre Villaş-Boaş vəzifəsindən uzaqlaşdırıldıqdan sonra "Çelsi"nin baş məşqçisi postuna gətirilmişdi. Onun rəhbərliyi altında "Çelsi" ötən il Çempionlar Liqasının qalibi olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31