Azərbaycanda 2012-ci ilin “İdman İli” elan edilməsi şərəfinə həsr edilən TÜSİAB IX. Futzal Turnirinə start verildi
20 Noyabr 2012 16:08 İdmanAzərbaycan Türk Sənayeci və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB), tərəfindən hər il ənənəvi olaraq keçirilən, bu il isə xüsusi olaraq Azərbaycan Respublikasında Möhtərəm Prezidentimiz tərəfindən 2012-ci ilin "İdman İli" elan edilməsi şərəfinə həsr edilən sayca 9-cu Futzal Turnirinə 19 Noyabrda Bakı Əl Oyunları Sarayında təntənəli tədbirlə start verildi. Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən TÜSİAB İdarə heyətinin sədri Murad Bakır, Türk iş adamları olaraq hər iki qardaş ökənin birlik və bərabərliyinin inkişaf etməsi üçün belə tədbirlərə üstünlük verdiklərini və bu birliyin daha da güclənməsi üçün əllərindən gələni etməyə hər zaman hazır olduqlarını söylədi.
Səbail Rayonu İcra Hakimiyyəti adından çıxış edən İcra hakimi müavini Eldar Ağayev ise TÜSİAB -ın görmüş olduğu bütün faaliyyətlərin təqdirəlayiq olduğunu dilə gətirdi.
AFFA adından duygularını dilə gətirən mətbuat şöbəsi rəisi Mikayıl Quliyev komandalara müvəffəqiyyətlər arzu edərək TÜSİAB Cəmiyyətinin rəhbərliyinə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzu etdi.
Açılış mərasiminin ardından TÜSİAB 9-cu Fudzal Turnirinin oyunlarına Azersun Holding & Mr. Fix, Estetik Diş & Makro 2000, Ulduz Şokoladları Fabriki & HB Güven Klinik iştirakçılarının oyunuyla start verildi. İlk Oyunda Mr. Fix rəqibi Azersun Holdingi 5 -2 hesabı ilə məğlub etdi.
İkinci oyun isə Estetik Diş və Makro 2000 komandaları arasında keçirildi. Nəticə 11-0 hesabı ilə Makro 2000-in xeyrinə başa çatdı.
Ulduz Şokoladları Fabriki & HB Güven Klinik arasında keçirilən üçüncü oyun isə 8-1 hesabı ilə HB Güven Klinik-in xeyrinə başa çatdı.
AFFA-nın hakimlər briqadası tərəfindən idarə edilən turnirin A qrupunda Makro 2000, HB Güven Klinik , Sübhan Trans Nakliye , Pelit MMC, Ulduz Şokoadları Fabriki, Estetik Diş, B qrupunda isə Azersun Holding, Sirab, Aral Group-A- Kond, Axa MBASK, Arçelik, Mr.Fix komandaları iştirak edirlər.
Turnir iki mərhələdən ibarət olacaq. İlk mərhələdə iki qrupa bölünmüş komandalar öz aralarında ən güclü 4 komandanı müəyyən edəcəklər. Daha sonra ¼ Final, yarımfinal, 3-cü yer uğrunda oyun və final oyunu keçiriləcəkdir.