"Neftçi"-"Partizan" qarşılaşmasına 4150 bilet satılıb
Bilet satışı davam edir
20 Noyabr 2012 15:48 İdmanAvropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi"-"Partizan" matçı üçün bilet satışı davam edir. "Neftçi" futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, artıq biletlərin 4150 ədədi satılıb. Xatırladaq ki, azarkekeşlər biletləri T.Bəhramov adına respublika stadionunun kassalarından və "Park Bulvar" ticarət mərkəzindən ala bilərlər. Bilet satışı barədə klubumuz tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31