Futbol yığmalarımızın rəqibləri müəyyənləşdi
İsveçrənin Nyon şəhərində püşkatma mərasimi baş tutub
20 Noyabr 2012 15:43 İdmanBu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən, VIII qrupda yer alan yığmamız Qazaxıstan, Avstriya və Polşa komandaları ilə qarşılaşacaq.Bu gün həmçinin 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, I qrupda yer alan yığmamıza Avstriya, Xorvatiya və İsrail komandaları rəqib olub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31