“Neftçi” və Böyükağa Hacıyev cəzalandırıldı
20 Noyabr 2012 13:49 İdmanSerbiya "Partizan"ı ilə noyabrın 22-də keçirəcəyi futbol üzrə Avropa Liqasının V tur matçı öncəsi "Neftçi" komandasının baş məşqçisi Böyükağa Hacıyev cəzalandırılıb.Lent.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Hacıyev Topaz Premyer Liqasının XIII turunda "Sumqayıt"la matçın 35-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 1000 manat cərimə kəsilib."Simurq"la görüşün 62-ci dəqiqəsində isə "Qarabağ"ın zədəli kapitanı Rəşad Sadıqov hakimin qərarına etiraz edib. Bu səbəbdən, Sadıqov texniki zonadan kənarlaşdırılıb. Ona 1 oyunluq cəza, klubuna 1000 manat cərimə tətbiq olunub.Nəhayət, "Qəbələ" ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan "Kəpəz" 1000 manat ziyana düşüb.Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı", Rəşad Sadıqov isə "Turan"la növbəti tur qarşılaşmalarında meydana daxil ola bilməyəcəklər.