Yeni oyun: "Şahənşah"

"Şahənşah" oyununu 1995-ci ildə tərtib etmişəm. Şahənşah şahmat üzərində qurulub. Hesab edirəm ki, şahmat tərtib edilərkən nöqsana yol verilib. Yəni şahmat aşağıdakı kimi qurulsa idi, effekti daha gözəl olardı.
      Məncə şahmatda bərabərlik prinsipi gözlənilmir. Belə ki, topun biri ağ, digəri isə qara xanaya düşür. Atlar və fillərdə bu mövqedə yer alırlar. Ağ şah qarada, qara şah isə ağ xanada yer alır. Bu döyüş səhnəsində bərabərlik prinsipini pozur. Hesab edirəm ki, hər fiqurun bir dəfəlik yeri olmalıdır, yəni fiqur bir dəfəlik ya ağ, ya da ki, qara xanada yerləşməlidir ki, bərabərlik prinsipi pozulmasın. Bu hər iki tərəfin hüquqlarının qorunması deyilmi? Bütün bunları nəzərə alıb :
1. Şahənşahdakı 64 xananı 81 xana ilə əvəz edirəm. Yəni 8x8 olan xanaları 9x9-la əvəzləyirəm. Bu vəziyyətdə şahmat lövhəsində simmetriya mərkəzi alıram.Yəni mərkəzi xananı təyin edirəm. Bu xana bütün xanalardan (müvafiq) bərabər məsafədə olur. Bu mərkəzi xananı "qızıl xana" adlandırıram və həmin xananı qırmızı rənglə rəngləyirəm.
2. Bilirik ki, şahmatda 8 piyada olur. "Şahənşah"da isə bir xana artırdığımdan 9 piyada var.
Digər yeni fiquru isə vəkil adlandırıram.
3. 1-ci sırada dəyişikliklər bu cür olur:
Toplar lap kənara çəkilir, sonra atlar və fillər yerləşdirilir. Bu zaman hər iki top qara xanaya, hər iki at ağ xanaya, hər iki fil isə qara xanaya düşür.
4. Şahmatda ağ şah qarada, qara şah isə ağ xanada olur. "Şahənşah"da isə şah bir dəfəlik qara xanada yer alır. Şahın bu cür lövhədə yerləşdirilməsi simmetrikliyin qorunmasını göstərir. Vəzir, vəkil isə bir dəfəlik ağ xanaya düşür.
5. "Şahənşah"da simmetriklik, bərabərlik prinsipi şahmata nisbətən çox yüksək səviyyədə gözlənilir, hətta ideal vəziyyətə yaxınlaşır.
6. Yeni fiquru nə üçün "vəkil" adlandırıram? Bəs vəkilin gedişi necə olur?
Biz bilirik ki, şahlıq üsul idarəsində vəzir vəkildən vəzifəcə kiçikdir. Mən vəkilin gedişini bu vəzifə bölgüsünə nəzərən qurmuşam. Nağıl kitablarındada belədir: Şahın bir tərəfində vəzir, o biri tərəfində isə vəkil  əyləşir. Bu baxımdan "Şahənşah"da yeni fiquru vəkil adlandırmağımız qanunauyğundur.
Vəkilin gedişi =şah gedişi + ağ xanaya keçərsə fil gedişi:
7. Biz bu gedişi həmdə ona görə verməliyik ki, filin hər ikisi qara xanaya düşür. Bu zaman qara xanalar güclənir, ağ xanalar isə zəifləyir. Bu əlbəttə ağ filin olmamasından yaranır. Elə bu səbəbə görə, vəkilə  şah gedişi + ağ fil gedişi verirəm ki, ağ xanalarda güclənsin.
8. Nəticəni belə qururam:

Kim şahını gətirib "qızı xanaya" qoymağa müvəffəq olarsa, yəni "qızıl xana"nı fəth
edərsə 2:0 hesablı qələbə qazanır. Bu zaman "Şahənşah" deyilir. Şahmatda isə qələbəyə "mat" deyilir və bu qələbə 1:0 hesablanır.

9. "Şahənşah" adını məqsədli seçmişəm. Belə ki, oyunun əvvəlində 2-ci şah var idisə, qələbədən sonra bir şah məğlub olduğundan  o sıraviyə çevrilir. Digər şah bütün əraziyə (lövhəyə) sahib olur və "Şahənşah" adını alır.
10. "Şahənşah"da şahmatda olduğu kimi "qalaqurma"da var. Lakin "Şahənşah"da bu şahmata nisbətən daha simmetrik alınır. (sağda və solda)
12. Şah zərbə altında "qızıl xana"ya daxil ola bilməz.
13. Məncə şahmat keçmiş zamanlar üçün uyğun olub. Lakin müasir zamanda şüurun belə bir yüksəliş dövründə şahmat təlabata cavab vermir. Yəni çox sadədir. Elə buna görə "Şahənşah" kimi oyuna ehtiyac var.
14. Vəkilin formasını hələlik özünüz seçin.

Yeni Şahənşah oyununun tərtibini göstərirəm.
    

Şakir Zəngəzurlu / Yevlax şəhəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31