"Qəbələ" qələbə qazandı
Futbol üzrə Azərbaycan çempionatının XIII turunun növbəti qarşılaşması keçirilib
19 Noyabr 2012 16:28 İdmanFutbol üzrə Azərbaycan çempionatının XIII turunda növbəti qarşılaşma oynanılıb. ANS PRESS-in məlumatına görə, "Qəbələ" "Kəpəz"i qonaq edib. Görüş birincilərin 2:0 hesablı qələbəsilə yekunlaşıb. Qarşılaşmada Viktor Mendi, (61-dəq) və Rəşad Abdullayev (66 dəq, p.) fərqləniblər. "Qəbələ" bu qələbədən sonra aktivindəki xalların sayını 19-a çatdıraraq 4-cü pilləyə yüksəlib. "Kəpəz" isə 9 xalla əvvəlkitək sonuncudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31