AFFA 1 xala görə futbolçularımıza 30 min dollar verdi

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olan milli komandamızın üzvlərinin qazandığı mükafatın məbləği müəyyənləşib. Publika.Az-ın məlumatına görə, AFFA Belfastda qazandıqları bir xala görə yığmanın hər bir üzvünə 30 min dollar mükafat təqdim edib.

Bu məbləğ daha böyük ola bilərdi. Belə ki, son saniyələrdə qələbəni əldən verən yığmamız 3 xalı aktivinə yazsaydı, AFFA futbolçulara ikiqat artıq - 60 min dollar mükafat verəcəkdi.

Məlumat üçün bildirək ki, Azərbaycan Şimali İrlandiya ilə səfər oyununun 5-ci dəqiqəsində hesabı açıb. Lakin millimiz 90+6-cı dəqiqədə buraxdığı qolla meydanı bir xalla tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31