Yaddaşlardan silinməyəcək qol VIDEO
Zlatan İbrahimoviç karyerasının daha bir möhtəşəm qoluna imza alıb
15 Noyabr 2012 19:21 İdmanÖtən gecə İsveç - İngiltərə yığma komandaları arasında baş tutan yoldaşlıq qarşılaşmasında möhtəşəm qol vurulub.
ANS PRESS-in məlumaına görə, oyunun gedişatında 1:2 hesabı ilə məğlub duruma düşən İsveç yığma komandası əsl xarakter nümayiş etdirib. İsveç millisinin üzvü Zlatan İbrahimoviç qarşılaşmada 4 qol vuraraq komandasına 4:2 hesablı qələbə qazandırıb.
Oyunun 90-cı dəqiqəsində İbrahimoviçin vurduğu qol isə uzun müddət yaddaşlardan silinməyəcək. İsveçli ulduz 30 metrdən aşırma zərbəsilə fantastik qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31