Millimiz Şimali İrlandiyada qələbəni son anda əldən verdi

90 dəqiqə hesabda irəlidə futbolçularımız son dəqiqələrdə qol buraxıblar

Fubol üzrə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib. Komandamız Belfastda Şimali İrlandiya yığmasının qonağı olub.Qarşılaşmada hesab 5-ci dəqiqədə açılıb. Rauf Əliyev uzaq məsafədən dəqiq zərbə ilə milimizi hesabda irəli çıxarıb. Şimali İrlandiya yığması ilk hissədə fəal oynasa və bir neçə real qol vəziyyəti yarada bilsə də, futbolçularımız fasiləyə üstün yollana biliblər.İkinci hissədə də Şimali İrlandiya futbolçuları ərazi üstünlüyünə malik olublar. Bununla belə, oyunun əsas vaxtında hesab dəyişməyib. Hakim qarşılaşmanın əsas vaxtına 6 dəqiqə əlavə edib. Əlavə edilmiş 4-cü dəqiqədə meydan sahibləri cərimə zərbəsi qazanıblar. Futbolçularımız isə canlı sədd qurmaqda səhvə yol veriblər və Beird hesabı bərabərləşdirib - 1:1.Beləliklə, millimiz son anda iki xal itirib və hazırda 2 xala malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31