Karlos Karvalhal yenidən Türkiyədə

Türkiyənin "Beşiktaş" klubunun sabiq baş məşqçisi Karlos Karvalhal yenidən Türkiyəyə qayıdıb. Azerisport.az xəbər verir ki, mövsümün sonuna bir neçə tur qalmış klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran portuqaliyalı mütəxəssis bu dəfə qardaş ölkənin başqa bir klubunda çalışmaq dəvəti alıb.
Belə ki, o, bundan sonra "İstanbul BB" klubunun sükanı arxasında çalışacaq. Artıq tərəflərin bir müddətdir apardıqları danışıqlar müsbət yekunlaşıb və bu gün rəsmi müqavilə imzalanacaq.Qeyd edək ki, "İstanbul BB" də iki gün öncə Arif Ərdəmlə yollarını ayırmışdı. Komandanın avrokuboklara vəsiqə qazana bilməməsində məhz Ərdəmi günahkar bilən rəhbərlik onu "Beşiktaş"ın sabiq çalışdırıcısıyla əvəzləməyə üstünlük verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31