Ronaldo: "Ona elə heyfsilənirəm ki..."

Braziliya yığmasının sabiq ulduzu, dünya futbolunun canlı əfsanəsinə çevrilmiş Ronaldo hesab edlir ki, Neymarın vətənində qalması onun karyerasına zərbədir.
Milli.Az Marca-ya istinadən bildirir ki, "Həvədiş"in fikrincə, Neymar dünyanın ən yaxşı futbolçularından biridir.
"Əminəm ki, Neymar əla futbolçudur, Kriştiano Ronaldo və Messi səviyyəsində olan oyunçudur. Onun Braziliyada qalması karyerasını zəiflədib, dünya səviyyəsində oynamasına mane olub", - Ronaldo deyib.
Neymarın müqavilə hüquqlarını təmin edən "9ine" konsaltinq şirkətində payı olan Ronaldonun fikrincə, braziliyalı futbolçuların Avropadakı böyük klublarda oynamaları normal haldır.
Portu-Aleqri şəhərində keçirdiyi mətbuat konfransında Ronaldo daha sonra deyib: "Neymar Avropada oynamalıdır. Ona elə heyfsilənirəm ki..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31