"Qarabağ"ın hazırlıq planları müəyyənləşdi
16 May 2012 13:14 İdmanAğdamın "Qarabağ" futbol klubunun hazırlıq planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, mayın 15-də "Qarabağ" klubunun məşqçiləri arasında görüş keçirilib.Görüş zamanı komandanın yay hazırlığı üçün təxmini planı müəyyənləşib. Bu dəfə avrokubok yarışlarından kənar qalan "Qarabağ" daha çox istirahət etmək imkanı qazanıb.
Komandanın baş məşqçisi Qurban Qurbanov komandanın iyunun 25-də bir araya gələcəyini bildirib və Bakıda hazırlıq keçdikdən sonra Türkiyəyə yollanıb, təlim-məşq prosesinin qardaş ölkədə davam etdiriləcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31