"Ronaldo və Messi ilə eyni komandada oynamaq istərdim"

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema maraqlı açıqlamaları ilə diqqət çəkib.Qol.Az-ın məlumatına görə, "RMC"yə danışan fransız futbolçu Ronaldo və Messi ilə eyni komandada çıxış etmək istədiyini bildirib:"Ronaldo ilə Messini müqayisə etmək istəməzdim. Çünki hər ikisi dünyanın ən yaxşısı və fərqli oyunçularıdır. Ancaq hər ikisi ilə eyni komandada oynamaq istərdim. Bu əla hiss olardı. Düzdür, Ronaldo ilə birgə çıxış edirəm.Lakin Messinin də komandada olması mənə əlavə ruh yüksəkliyi verəcək. Mən də Raul Qonzales kimi uzun müddət "Real"da oynamağı arzulayıram. Niyə də karyeramı burada başa vurmayım? Hər şey ola bilər".Qeyd edək ki, 2009-cu ildə "Lion"dan "Real"a transfer olunan Benzema geridə qalan mövsümdə La Liqada 21 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31