"Qalatasaray"ın futbolçusu həbs edildi

George Popesku ömrünün 3 ilini həbsxanada keçirəcək

Rumıniya yığma komandası və "Qalatasaray" klubunun sabiq futbolçusu George Popesku ömrünün 3 ilini həbsxanada keçirəcək. ANS PRESS-in "Goal.com"a istinadən verdiyi məlumata görə, futbolçu çirkli pulların yuyulmasında və korrupsiyada günahkar bilinib. Xatırladaq ki, futbolçu karyerası ərzində Hollandiyanın PSV, İngiltərənin "Tottenhem" və İspaniyanın "Barselona" klubunun formasını geyinib. Futbolçu 1997-2001-ci illər ərzində İstanbulun məşhur "Qalatasaray"klubunun şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31