Messi ən yaxşı seçildi
"Barselona"nın futbolçusu mükafatlandırıldı
14 Noyabr 2012 19:00 İdman"Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya çempionatında 2011-2012-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib. ANS PRESS-in məlumatına görə, Peşəkar Futbol Liqası (LFP) 4-cü dəfə keçirilən Primero və II divizionun ən yaxşı oyunçuları və baş məşqçilərini mükafatlandırıb.
Qalib oyunçuların və məşqçilərin səsvermə ilə seçilir.
Qeyd edək ki, Messi 37 matçda katoloniya omandası üçün 57 top vurub. Messi "ən yaxşı oyunçu", eləcə də "ən yaxşı forvard" qismində mükafatlandırılıb.
Digər nominasiyalarda mükafatçılar arasında "Real"ın qapıçısı İker Kasilyas, "ən yaxşı qapıçı", Serxio Ramos "ən yaxşı müdafiəçi", Xavi Alonso "ən yaxşı dayaq yarımmüdafiəçisi" də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31