Futbolçunu kokain alverinə görə tutdular

Tallinin "Numme Kalyu" klubunun hücumçusu Oliver Konsa polis tərəfindən həbs olunub.  Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, narkotik alverində ittiham olunur. "Nımme Kalyu" klubu məhkəməsi gözlənilən 27 yaşlı futbolçu ilə müqaviləsini dayandırıb. 
Tallinin Haryust qəza məhkəməsi Oliver Konsa ilə yanaşı, iki nəfərin də həbs olunması barədə qərar qəbul edib. Hadisənin təfərrüatları barədə məlumat verilmir, lakin burada söhbət külli miqdarda narkotik vasitəsindən gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31