Kriştiano Ronaldo kor oldu?

Futbolçunun oyunda aldığı zədədən sonra gözlərində problem yaranıb

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun gözləri tutulub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İspaniya çempionatının son turunda Kriştiano Ronaldo "Levante" klubu ilə keçirilən matçda rəqiblə toqquşmada aldıı zərbədən sonra görmə qabiliyyətini itirib.

"Real" klubunun rəsmi internet saytının verdiyi məlumata görə, Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo bildirib ki, Ronaldo ötən gün həkim müayinəsindən keçib. Hələlik nəticələr hazır deyil.

Həmin görüşün birinci dəqiqəsində Ronaldo rəqib futbolçu ilə toqquşub və futbolçunun dirsəyi onun üzünə dəyib. Ronaldonun qaşı zədələnib.
Əvvəlcə ciddi nəsə olduğu düşünülməsə də, sonradan Ronaldo özünü narahat hiss etdiyi üçün başqa oyunçu ilə əvəzlənib.
Lakin sonradan Ronaldonun aldığı zərbə üzündən onun bir gözündə görmə ilə bağlı problem yaranıb. Sonradan onun hər iki gözü görməməyə başlayıb. Hələlik yaranmış xoşagəlməz hal ilə əlaqədar Ronaldonun nə qədər oyun buraxacağı məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31