Alleqri "Milan"da qalacaqmı?
12 Noyabr 2012 18:04 İdmanmilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün "Milan" klubunun baş məşqçisi Massimilliano Alleqrinin taleyinə aydınlıq gətirilib."La Gazzetta dello Sport" bildirir ki, "Milan" klubunun sahibi Silvio Berluskoni Alleqrinini qovub Mauro Tassotini kluba gətirmək niyyətində idi.Səbəb isə İtaliya çempionatında klubun zəif çıxış etməsidir. "Milan" 14 xalla 13-cü yerdədir."Mediaset" bildirir ki, Massimillano Alleqri rəhbərliyin narazılığına baxmayaraq klubda vəzifəsini davam etdirəcək.
Bu qərar Baş məşqçi Silvio Berluskoni ilə vitse-prezident Adriano Qallianinin apardığı danışıqdan sonra verilib. Rəhbərlik Alleqriyə şans vermək qərarına gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31