Fatih Terim: "Hər yoldan keçən mənə sual verəcək?!"
12 Noyabr 2012 19:45 İdmanTürkiyə Superliqasının ötən turunda "Mersin İdimanyurdu" klubu ilə matçı 1:1 hesabla başa vuran "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin dediyinə görə, künc zərbəsindən sonrakı qol komandanın 2 xal itirməsinə səbəb olub.Milli.Az Skorer-ə istinadən bildirir ki, oyundan sonrakı mətbuat konfrasında Terim jurnalistlərin suallarını cavablayıb.Bu zaman qalmaqal yaşanıb.Jurnalistlərin arasında bir nəfər Terimə sual vermək istəyib. Məşqçi də ondan "Hansı qəzetdənsiniz?" soruşub.
Həmin şəxs hər hansı qəzetdə çalışmadığını deyəndə Terim çılğına dönüb: "Burada sizinlə danışıram. Mətbuat mənsubu olmayan adamın mənə sual verməsinə imkan verirsiniz. Belə şey necə ola bilər? Yoldan ötən gəlib mənə sual verir? Əgər belədirsə, bundan sonra mətbuat konfransına gəlməyəcəyəm. Belə də biabırçılıq olar?!"