Yığmamızın kapitanı milli ilə məşq etməyəcək

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov əməliyyatdan sonrakı durumundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Bir neçə gün idi ki, fərdi qaydada məşq edirdim. Dünən ayağımda şiş yarandığı üçün həkimlər həftə sonuna qədər məşq etməməyi bildirdilər. Ona görə də hələ tam olaraq məşqlərə nə vaxt start verəcəyimi bilmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31