Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslər təltif olundular - SİYAHI
7 Noyabr 2012 16:49 İdmanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"
Əliyev Elxan İzzət oğlu
Əliyev Şahin Kamoş oğlu
Məmmədli Oruc Mehbalı oğlu
Məmmədli Süleyman Bağır oğlu
Məmmədov Rafiq Allahverdi oğlu
Rəhimov Nazir Həzrətqulu oğlu
"Əməkdar Jurnalist"
İsmayılov Eldar Xankişi oğlu
Məmmədov Bəxtiyar Miryusif oğlu"
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Abiyev Ağacan Qulam oğlu
Mədətov İlham İsa oğlu
"Tərəqqi" medalı ilə
Əliyev Akif Arif oğlu
Əliyev Natiq Avil oğlu
Hümbətov Cəfər İslam oğlu
Mehdiyev Qabil Sabir oğlu
Nəcəfov Dilavər Ədalət oğlu
Spirina İrina Anatolyevna"
AzərTAc