Ələkbər Məmmədova Prezidentin fəxri diplomu verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.Ə. Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun verilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə Ələkbər Əmir oğlu Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilsin". AzərTAc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31