"Qalatasaray"la "Barselona"nı səfər oyunlarında nə gözləyir?

Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutacaq.
E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda Danimarkanın "Nordsjaelland" komandasını qəbul edəcək. Digər oyunda "Şaxtyor" səfərdə "Çelsi"nin qonağı olacaq.
F qrupunda Almaniyanın köklü klublarından olan "Bavariya" evdə son Fransa çempionu "Lill"lə qarşılaşacaq. İspaniyanın "Valensiya" klubu doğma azarkeşləri önündə BATE ilə üz-üzə gələcək.
G qrupunun lideri "Barselona" klubu Şotlandiyada səfərdədir. Kataloniya təmsilçisi burada "Seltik"lə münasibətlərinə aydınlıq gətirəcək. Moskva "Spartak"ı isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.
H qrupunda Türkiyənin "Qalatasaray" klubu Rumıniyada "ÇFR Kluj" komandası ilə üz-üzə gələcək. Portuqaliyanın "Braqa" klubu doğma azarkeşləri önündə "Mançester Yunayted" komandasını sınağa çəkəcək.

7 noyabr

Çempionlar Liqası, III turun oyunları

E qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:45. "Yuventus" (İtaliya) - "Nordsjaelland" (Danimarka)

Komanda O Q H M Qollar Xallar
1 Şaxtyor 3 2 1 0 5-2 7
2 Çelsi 3 1 1 1 7-4 4
3 Yuventus 3 0 3 0 4-4 3
4 Nordsjaelland 3 0 1 2 1-7 1

F qrupu

23:45. "Bavariya" (Almaniya) - "Lill" (Fransa)
23:45. "Valensiya" (İspaniya) - BATE (Belarus)

Komanda O Q H M Qollar Xallar
1 Valensiya 3 2 0 1 6-2 6
2 BATE 3 2 0 1 6-5 6
3 Bavariya 3 2 0 1 4-4 6
4 Lill 3 0 0 3 1-6 0

G qrupu

23:45. "Benfika" - "Spartak" (Moskva, Rusiya)
23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya)

Komanda O Q H M Qollar Xallar
1 Barselona 3 3 0 0 7-3 9
2 Seltik 3 1 1 1 4-4 4
3 Spartak 3 1 0 2 6-7 3
4 Benfika 3 0 1 2 1-4 1

H qrupu

23:45. "Braqa" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "ÇFR Kluj" (Rumıniya) - "Qalatasaray" (Türkiyə)

Komanda O Q H M Qollar Xallar
1 Mançester Yunayted 3 3 0 0 6-3 9
2 CFR Kluj 3 1 1 1 4-3 4
3 Braqa 3 1 0 2 4-5 3
4 Qalatasaray 3 0 1 2 1-4 1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31