"Qızıl buts"un sahibi bəlli oldu

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, İspaniya və "Çelsi" klubunun forvardı Fernando Torres "Qızıl buts" mükafatını alıb.
UEFA-nın rəsmi saytı bildirir ki, ispaniyalı bombardir Avro-2012-də 3 qol vurub. Bir qolunu isə finalda İtaliyaya qarşı oyunda vurmuş və İspaniya yığması çempion olmuşdu. Torresdən əlavə, 5 oyunçu da çempionatda 3 qol vurmuşdu, amma bunlardan yalnız Almaniya millisinin forvardı Mario Qomez, ispaniyalı kimi, 1 dəfə məhsuldar ötürmə vermişdi. Torres 3 qolu 189 dəqiqəyə, Mario isə 282 dəqiqəyə vurduğuna görə, ispaniyalı mükafata sahib çıxıb.

Avro-2012-nin bombardirləri

1. Fernando Torres, İspaniya - 3 qol
2. Mario Qomez, Almaniya - 3 qol
3. Mario Balotelli, İtaliya - 3 qol
4. Kriştianu Ronaldo, Portuqaliya - 3 qol
5. Alan Dzaqoyev, Rusiya - 3 qol
6. Mario Mandjukiç, Xorvatiya - 3 qol

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31