Yurgen Klopp: "Futbolçularım Madriddə can qoyacaqlar"

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında bu axşam qarşılaşacaqları Madrid "Real"ı ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis Madriddə onlara daha çətin olacağını bildirib:
"Bu oyun daha çətin keçəcək. Çünki bu dəfə meydan sahibləri onlardır. Bütün futbolçuların bu axşam meydanda can qoyacağına inanıram. Rəqibimizə böyük hörmətimiz var. Ancaq onlardan çəkinmirik. Məsut Özil dünya səviyyəsində bir oyunçudur. Onun dayandırılması çox çətindir. Lakin "Real"da tək təhlükəli futbolçu o deyil".
Qeyd edək ki, "Borussiya" - "Real" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31