Ronaldo: "Mən futbolu zövq üçün oynayıram, səsimi özümə verərdim"

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo bu mövsüm "Qızıl top" mükafatını haqq etdiyini bildirib. Qol.Az-ın məlumatına görə, "France Football"a danışan ulduz futbolçu bu mükafatını qazanacağına inandığını açıqlayıb: "Mümkün olsaydı, səsimi özümə verərdim. Hazırki vəziyyətimdən məmnunam və bu mükafatı qazanacağıma inanıram. Təvazökar olmağa ehtiyac yoxdur. Mən futbolu zövq üçün oynayıram. Əgər futbolu pul üçün oynasaydım, o zaman digər komandaların da formasını geyinərdim".
Qeyd edək ki, Ronaldo "Qızıl top" mükafatı uğrunda əsas rəqib kimi Messini gördüyünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31