Qadın boksçumuzdan dünya çempionatında ikinci qələbə
15 May 2012 12:40 İdmanÇinin Quançjao şəhərində boks üzrə qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı davam edir. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Yelena Vıstropova (75 kq) ikinci qələbəsini qazanıb.Boksçumuz braziliyalı Roseli Amaral Feitosanı 17:12 hesabı ilə məğlub edib. Vıstropova 1/8 finalda rumıniyalı Luminita Turçinlə qarşılaşacaq. Turçin ermənistanlı Aşken Simonyanı 24:6 hesabı ilə məğlub edib.Qeyd edək ki, yığmamızın üzvü ilk görüşdə Belarus təmsilçisi Viktoriya Kebikova üzərində qələbə qazanıb. Vıstropova Turçinlə mayın 15-də üz-üzə gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31