“Fənərbağça” – “Qalatasaray” matçından sonra saxlanılanlardan biri azərbaycanlıdır

Futbol üzrə Türkiyə Super Finalının son turunda "Fənərbağça" - "Qalatasaray" matçının ardından saxlanılan 47 azarkeş arasında azərbaycanlı da var.Lent.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxs həkimdir.Fanatlardan 15-i "Şükrü Saracoğlu" stadionunun daxilində, qalanları isə arena xaricində baş verən olaylarla bağlı saxlanılıblar. Amma həmyerlimizin harada və hansı səbəbdən yaxalandığı məlum deyil.Saxlanılanlar Türkiyə Prokurorluğu tərəfindən dindirilirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31