Məşhur türkiyəli futbolçu "Latsio"nun maraq dairəsində

"Trabzonspor" klubunun hücumçusu Burak Yılmaz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.Qol.Az-ın "II Messaggero"ya istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu "Latsio"nun maraq dairəsinə düşüb.Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran Roma təmsilçisinin Burakla prinsipdə anlaşdığı bildirilir. "Latsio" rəhbərliyi 26 yaşlı futbolçu üçün 8 milyon avro ödəməyə hazırdır. Lakin "Latsio" komandası Burakın transferi uğrunda "Arsenal" və "Atletiko" (Madrid) klubları ilə mübarizə aparmalı olacaq.
Qeyd edək ki, "Latsio" rəhbərliyinin "Çelsi"nin hazırki çalışdırıcısı Roberto Di Matteonu da komandanın baş məşqçi postuna gətirəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31