AFFA-dan yeni təyinatlar

Azərbaycanın futbol üzrə daha 3 yığma komandasına baş məşqçilər təyin olunub.
Lent.az-ın məlumatına görə, AFFA rəhbərliyinin qərarı ilə U-15 yığmasının baş məşqçisi vəzifəsi Təbriz Həsənova, U-16 yığmasının baş məşqçisi vəzifəsi Aslan Kərimova, U-17 yığmasının baş məşqçisi vəzifəsi Nikolay Adama həvalə edilib.
Həsənov əvvəllər 17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi olub. 15 və 16 yaşadək yığmalarımıza isə Adam rəhbərlik edib. Yeni qərara əsasən, almaniyalı mütəxəssisin vəzifəsi böyüdülüb, azərbaycanlı mütəxəssis isə aşağı yaş qrupuna keçirilib. Kərimov isə ilk dəfə 16 yaşlılardan ibarət millimizin sükanı arxasına keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31