Bu da Messinin oğlu - VIDEO

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messinin yeni dünyaya gəlmiş oğlu Tyaqonun ilk fotosu yayılıb.
Milli.Az Skorer-ə istinadən bildirir ki, fotoda Tyaqonun əynində "Barselona" futbolkası var.
İspaniya və Argentina mediası Tyaqonun böyüyərək atası kimi futbolçu olacağı təqdirdə, hansı yığmada oynayacağını müzakirə etməyə başlayıblar.
Valideynləri argentinalılar olan Tyaqo Barselonada doğulduğundan, futbolçu olmaq fikrinə düşəcəyi təqdirdə İspaniya və ya Argentina yığmalarından birini seçə bilər.
Tyaqo Messi hələ südəmər olsa da, onun adına Facebook-da səhifə, Twitter-də bloq və Tumbrl servisində gündəlik yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31