“Neftçi” – “Rubin” matçının baş hakimi açıqlandı
5 Noyabr 2012 15:36 İdman"Neftçi" klubunun futbol üzrə Avropa Liqasında Rusiyanın "Rubin" komandası ilə Bakıda keçirəcəyi oyunun baş hakimi müəyyənləşib. Noyabrın 8-də baş tutacaq qarşılaşma portuqaliyalı referi Manuel Jorje Neves Moreyra de Souzaya həvalə olunub. 37 yaşlı ədalət təmsilçisi 2006-cı ildən beynəlxalq oyunlara təyinat alır. Manuel De Souza indiyədək Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində 1, Avropa Liqasının qruo mərhələsində 2 oyunu idarə edib. O, idarə etdiyi son 9 matçın 8-də ən azı 1 qırmızı vərəqə göstərib və 4 penalti təyin edib. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Rubin" matçı saat 21:00-da başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31