Məşhur azərbaycanlının kenqurusu ölüb

Böyük Moskva Sirkinin "Çarli" adlı kenqrusu ölüb.  Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, kenqurunun ölümünə səbəb onun təlimçisi Rauf Rəsulovun məsuliyyətsizliyi və "Çarli"nin müalicəsinin vaxtında təmin etməməsidir.  Amma kenqurunun milliyyətcə azərbaycanlı olan təlimçisi Rauf Rəsulovun məlumatına görə, onun sevimli kenqurusunun ölümünə səbəb Ukraynalı gömrükçülərdir: "Biz Kiyevdən qastroldan qayıdırdıq. Sərhəddə 9 gün qalmalı olduq. Kenquru və digər heyvanlar da vaqonlarda qalırdılar. 9 gün bir yerdə hərəkətsiz qalmaları bəzi heyvanların səhhətində problem yaratdı. "Çarli" isə öldü. Çünki kenqurular daim hərəkətdə olmağı sevən heyvanlardır. Onlar uzun müddət hərəkətsiz qala bilmirlər".
Qeyd edək ki, Rauf Rəsulov Rusiyanın məşhur sirk ustalarından sayılır. Onun müxtəlif heyvanlarla sirk nömrələri bütün dünyada məşhurdur. Adı çəkilən kenquru isə "Kölgə ilə döyüş-3" filmində boksçu kimi belə rol alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31