Messi və Ronaldunu sehrli rəqəm izləyir
5 Noyabr 2012 19:12 İdmanZəmanəmizin artıq əfsanəyə çevrilmiş futbolçuları Lionel Messi və Kriştianu Ronaldonu, görünür, həmişə müqayisə edəcəklər.
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bloqerlər bu iki futbolçu arasında müqayisə ediləcək daha bir məqama diqqət yetiriblər.
Messinin noyabrın 2-də dünyaya göz açan oğlu Ronaldunun oğlundan 869 gün kiçikdir. Ronaldunun oğlu 2010-cu ilin 10 iyun tarixində dünyaya göz açıb. Maraqlı məqam odur ki, Messi özü də Ronaldudan 869 gün kiçikdir. Messi 1987-ci il iyunun 24-də dünyaya göz açıb. Ronaldu isə 1985-ci il fevralın 5-də anadan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31