Respublika stadionu çökür? - Foto

Yenidən qurulmasına 10 milyon manat ayrılan Azərbaycanın əsas arenası hesab olunan-Tofiq Bəhramov adına Respublika stadionununa media sektorunun giriş hissəsindəki plitələr çöküb. Korner.az-ın yaydığı məlumata görə, stadionun Çökmə nəticəsində plitələr bir-birindən ayrılıb və ortaya fotoda gördüyünüz mənzərə çıxıb.
Media sektorun giriş hissəsinin yararsız hala düşməsinin səbəbini öyrənmək üçün Tofiq Bəhrəmov adına stadionun direktoru Akif İsmayılovla əlaqə saxladıq.
Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən A. İsmayılov çökmə ilə bağlı məsuliyyət daşımadığını bildirib: "Stadionu mən təmir etməmişəmki?! Bununla tikinti idarəsi məşğul olub".
Direktor həmin tikinti idarəsinin adından da xəbərsiz olduğunu qeyd edib.
"Stadionun direktoru kimi tikintinin necə getdiyi, ayrılan pulların necə istifadə edildiyi ilə heç maraqlanmamısınız?" sualına isə Akif İsmayılov "yox" deyə cavab verib: "Tikinti işinə mən nəzarət etmirəm. Buna komissiya nəzarət edir".
Qeyd edək ki, arena qızlar arasında dünya çempionatı ərəfəsində - bu ilin avqust ayının 16-da Prezidentin iştirakı ilə yenidən istifadəyə verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31