Gözümüz aydın! Oğlu oldu!
4 Noyabr 2012 19:13 İdman"Barselona" komandasının hücumçusu və ötən mövsüm "Qızıl butsı"nın sahibi Leo Messinin oğlu dünyaya göz açıb.
Qol.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verən Messi oğlunun noyabrın 2-də saat 7:00-da dünyaya gəldiyini bildirib.
Futbolçu bildirib ki, hazırda dünyanın ən xoşbəxt insanıdır, Allaha bu hədiyyəyə görə təşəkkür edir.
Qeyd edə ki, Messi az əvvəl "Barselona" klubunun oğlu Tyaqo üçün hazırladığı formanı nümayiş etdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31