“Beşiktaş”a gəlin gəlir

"Beşiktaş"ın Şotlandiyalı qapıçısı Allan McGregorun nişanlısı Leah Shevlin "Twitter"də İstanbula heyran olduğunu bildirib.
"Qafqazinfo" xəbər verir ki, Bebekdə gəzən və buradakı restoranda yemək yeyən köhnə manken dəniz mənzərəsinə və yeməklərin ləzzətinə heyran olduğunu deyib. Çəkdiyi şəkilləri sosial şəbəkədəki izləyiciləri ilə paylaşan Leah Shevlin əsasən də Bebekin mənzərəsi üçün "bura çox gözəl yerlərdir" - deyə twit atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31