Ronaldinyo qəzaya düşdü
2 Noyabr 2012 19:54 İdmanMəşhur braziliyalı futbolçu Ronaldinyo avtomobil qəzasına düşüb. Lent.az-ın məlumatına görə, hazırda vətənində "Atletiko Mineyro"nun şərəfini qoruyan 32 yaşlı hücumçu 3 avtomobilin toqquşduğu qəzadan sağ-salamat qurtulub.
Həmin vaxt o, sükan arxasında olub. Digər sürücülərdən biri təcili yardıma müraciət edib, sonuncusu isə avtomobilinə ciddi zərər dəyməsinə baxmayaraq, sərnişinləri və özünün səhhətlərinin qaydasında olduğu açıqlanıb.
Artıq məşqlərə qatılan Ronaldinyonun noyabrın 4-də Aleks de Souzanın yeni klubu "Kuritiba"ya qarşı oynayacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31