AFFA Zaqatala təmsilçini 6 min manat cəzalandırdı
2 Noyabr 2012 18:55 İdmanMilli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsinin iclası keçirilib. Komitənin qərarları aşağıdakı kimi olub:
30 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Premyer Liqanın XI turunun AZAL - "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
31 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Premyer Liqanın XI turunun "Turan" - "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
31 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XI turunun "Neftçi" - "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra "Simurq" klubunun meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
30 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun "Turan" - "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).