Messi Ronaldoya səs verəcək?

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi "ilin ən yaxşı futbolçusu" adına kimi layiq bildiyini açıqlayıb.Argentinalı ulduz birmənalı şəkildə bildirib ki, Kriştianu Ronaldoya səs verməyəcək.
"Keçən il mən öz səsimi Xavi, İnyesta və Aqueroya vermişdim. Bu il dəqiq bu ilk iki futbolçuya səs verəcəm. Aquero, Di Mariya və İquain arasında fikirləşəcəm"
Ancaq Messiyə xatırlatdılar ki, siyahıda İquain ilə Di Mariya yoxdur. Buna isə Messi belə cavab verdi: "Onda mən dəqiq Aqueroya səs verəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31