Mourinyo: "İspaniya Kubokunda zarafat üçün çıxış etmirik"
1 Noyabr 2012 18:40 İdmanMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Real" Madridin baş məşqçisi Joze Mourinyo 1/16 finalında İspaniya Kubokunda "Alkoyano"ya qarşı keçirdiyi oyundan sonra İspaniya mətbuatına açıqlama verib: "Biz İspaniya Kubokunda zarafat üçün çıxış etmirik. Bizim xoşumuz gəlir bu turnirdən, buna görə də biz rəqibə ciddi yanaşdıq. Biz hansısa neqativ hadisəylə üzləşmək istəmirdik. Belə bir şey artıq "Real"ın başına gəlib.
Mən artıq əsas heyətlə gənc futbolçular arasında optimal balansı tapmışam. Naçonu isə mən məhz yarımmüdafiəçi kimi görürəm. Mən məşqçi olan müddətdə o, müdafiənin mərkəzində oynamayacaq". Qeyd edək ki, "Real" səfərdə 4:1 hesabı ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31