FİFA “Qızıl top” iddiaçılarını açıqladı

Redaktor 31.10.2012 12:41 Kateqoriya: Futbol ANS PRESS Baxılıb: 62

FİFA-nın rəsmi saytında verilən məlumata görə, 2012-ci ildə ən yaxşı futbolçuya təqdim ediləcək "Qızıl top" mükafatına iddiaçıların qısaldılmış siyahısı elan edilib.
Hazırda bu mükafata 23 futbolçu iddia edir. Milli yığma komandaların baş məşqçilərinin və kapitanlarının, habelə idman jurnalistlərinin iştirakı ilə keçiriləcək səsvermədən sonra ilin üç ən yaxşı futbolçusu müəyyən ediləcək. Səsverməyə noyabrın 29-da yekun vurulacaq. Mükafatların təqdim edilməsi mərasimi 2013-cü il yanvarın 7-də Sürixdə keçiriləcək.
Xarici KİV-lər bildirirlər ki, iddiaçılar siyahısında klub səviyyəsində ən çox təmsil edilən Madridin "Real" komandasıdır - bu klubun 6 oyunçusu mükafata iddialıdır.
"Qızıl top-2012" mükafatına iddiaçıların tam siyahısı belədir:
Serxio Aquero (Argentina yığması), Xabi Alonso (İspaniya), Mario Balotelli (İtaliya), Karim Benzema (Fransa), Canluici Buffon (İtaliya), Serxio Buskets (İspaniya), İker Kasilyas (İspaniya), Kriştianu Ronaldu (Portuqaliya), Didye Droqba (Kot-d'İvuar), Radamel Falkao (Kolumbiya), Zlatan İbrahimoviç (İsveç), Andres İnyesta (İspaniya), Lionel Messi (Argentina), Manuel Noyer (Almaniya), Neymar (Braziliya), Mesut Ozil (Almaniya), Jerar Pike (İspaniya), Andrea Pirlo (İtaliya), Serxio Ramos (İspaniya), Ueyn Runi (İngiltərə), Yaya Ture (Kot-d'İvuar), Robin van Persi (Niderland), Xavi (İspaniya).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31