UEFA Azərbaycanla bağlı qərar verib
AFFA-nın Pro kateqoriyalı məşqçi kursları təşkilinə müsbət rəy verilib
30 Oktyabr 2012 13:02 İdmanAzərbaycanda keçirilən Pro kateqoriyalı məşqçi kursları ilə bağlı UEFA tərəfindən qərar qəbul olunub. Qərarda qeyd olunub ki, AFFA-nın kursların təşkilində tamhüquqlu üzv olmasına UEFA-nın İnkişaf və Texniki Yardım Komitəsinin Varşavada keçirilmiş toplantısında və UEFA İcraiyyə Komitəsinin Sankt-Peterburq şəhərində təşkil olunmuş iclasında müsbət rəy bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31