"Neftçi"nin baş məşqçisini qorxudan nədir?

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:"Mən qorxuram ki, təsnifat mərhələsində yenə Zaqreb "Dinamo"su ilə düşək. Düzdür, "Neftçi" bu komandayla da oyuna hazırdır. ÇL-in startına kimi tam hazır olacağıq, narahat olmayın. İyunda Nyon şəhərində təsnifat mərhələsinin püşkatması keçiriləcək. Orada şəxsən iştirak edəcəm. Əminəm ki, mənim oradakı iştirakım "Neftçi"nin xeyrinə işləyəcək və rəqib baxımından bəxtimiz gətirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31