İtaliya çempionatında mövsümə yekun vuruldu
14 May 2012 11:29 İdmanİtaliya çempionatında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qapanış turunun bütün oyunları eyni gündə baş tutub.Çempionluğunu hələ ötən tur rəsmiləşdirmiş "Juventus" evdə "Atalanta" üzərində qələbə qazanıb. Liderin izləyicisi "Milan" da "Novara"nı məğlub yola salıb. Çempionlar Liqasına vəsiqə verən üçüncü pillə uğrunda mübarizəni "Udinese" qazanıb. Bu komanda son turda səfərdə "Catania" üzərində qələbəyə sevinməklə rəqiblərini məyus etməyi bacarıb. Bu mənada turun mərkəzi görüşlərindən olan "Lazio" - "Inter" matçında meydan sahiblərinin qələbəsi vəziyyəti dəyişməyib.
Mövsümü beşinci yerdə bitirən "Napoli" "Siena"nı, yeddinci olan "Roma" "Cesena"nı məğlub edib. "Fiorentina" "Cagliari" ilə ev oyununda xal itirib. "Parma" "Bologna"nı, "Chievo" "Lecce"ni, "Genoa" "Palermo"nu məğlub yola salıb.
Mövsümün yekunlarına görə, "Lecce", "Cesena" və "Novara" B Seriyasına yuvarlanıb.
İtaliya A Seriyası
38-ci tur
13 may
Milan - Novara - 2:1
Qollar: Flamini, 56, İnzaqi, 82 - Qarsiya, 20.
Fiorentina - Cagliari - 0:0
Juventus - Atalanta - 3:1
Qollar: Marrone, 10, Del Pyero, 28, Barzaqli, 90-pen - Lixştayner, 83-öz qapısına.
Cesena - Roma - 2:3
Qollar: Del Nero, 9, Santana, 90 - Krkiç, 27, Lamela, 32, De Rossi, 49.
Parma - Bologna - 1:0
Qol: Byabyani, 37.
Catania - Udinese - 0:2
Qollar: Di Natale, 19, Fabbrini, 58.
Matçın 39-cu dəqiqəsində meydan sahiblərinin heyətində Qomis penaltidən yararlana bilməyib
Chievo - Lecce - 1:0
Qol: Vacek, 78.
Genoa - Palermo - 2:0
Qollar: Cilardinyo, 52, Skulli, 70.
Lazio - Inter - 3:1
Qollar: Kozak, 59, Kandreva, 63, Mauri, 90 - Milito, 45-pen.
Napoli - Siena - 2:1
Qollar: Dossena, 4; 34 - Destro, 6.
1 Juventus 38 23 15 0 68 20 48 84
2 AC Milan 38 24 8 6 74 33 41 80
3 Udinese 38 18 10 10 52 35 17 64
4 Lazio 38 18 8 12 56 47 9 62
5 Napoli 38 16 13 9 66 46 20 61
6 Internazionale 38 17 7 14 58 55 3 58
7 AS Roma 38 16 8 14 60 54 6 56
8 Parma 38 15 11 12 54 53 1 56
9 Bologna 38 13 12 13 41 43 -2 51
10 Chievo 38 12 13 13 35 45 -10 49
11 Catania 38 11 15 12 47 52 -5 48
12 Atalanta 38 13 13 12 41 43 -2 46
13 Fiorentina 38 11 13 14 37 43 -6 46
14 Siena 38 11 11 16 45 45 0 44
15 Cagliari 38 10 13 15 37 46 -9 43
16 Palermo 38 11 10 17 52 62 -10 43
17 Genoa 38 11 9 18 50 69 -19 42
18 Lecce 38 8 12 18 40 56 -16 36
19 Novara 38 7 11 20 35 65 -30 32
20 Cesena 38 4 10 24 24 60 -36